Narkotiklərlə mübarizə üzrə Dəniz Analitik və Əməliyyat Mərkəzinin (MAOC-N) apardığı araşdırma Avropaya narkotik qaçaqmalçılığının yeni bir metodunu üzə çıxarıb.
Qaynarinfo "The Telegraph"a istinadən xəbər verir ki, cinayətkar qruplar minlərlə xəstə heyvanla dolu köhnə inək daşəyan gəmilərindən çoxlu miqdarda kokaini gizlətmək üçün istifadə edirlər.
Məlumatlara əsasən, uzunluğu 200 metrə çatan gəmilərə 10 minə qədər iribuynuzlu heyvan yüklənir. Gəmidə çürüyən heyvan cəsədlərinin yaratdığı qoxu, antisanitariya və ümumi dözülməz vəziyyət əsas "mühafizə vasitəsi” kimi xidmət edir - çünki bu şərait gömrük və polis tərəfindən ətraflı baxışı əngəlləyir.
MAOC-N analitiki bildirib: "Bu gəmilərdə bir dəqiqədən çox qalmaq belə istənilmir, qoxunu təsəvvür etmək kifayətdir. Hakimiyyət orqanları belə gəmilərin limanlarına girməsini istəmir".
Bu vəziyyət hüquq-mühafizə və gömrük orqanları üçün ikiqat problem yaradır: həm açıq sağlamlıq riski mövcuddur, həm də minlərlə heyvanın yerləşdirilməsi zərurəti səbəbindən belə bir gəminin müsadirəsi "logistik kabusa" çevrilir.
Pananama və ya Tanzaniya kimi "uyğun” bayraqlar altında üzən bu gəmilər Karib dənizində hərəkət edərək kiçik qayıqlardan kokaini yığırlar. Narkotik əsasən taxıl anbarlarında və digər bölmələrdə gizlədilir. Açıq okeanda isə yük GPS bələdçiləri ilə təchiz edilmiş şişmə sallara bağlanır və Avropa sahillərində - çox vaxt Belçika və Niderland yaxınlığında - tərəfdaşlar tərəfindən götürülmək üçün suya atılır.
Aydın
Şərhlər