Xəbər lenti

ATV-nın 106.3 FM radio proqramı Xocavənd, Cəbrayıl və Füzulidə yayımlanır
Ölkə 18:51 15.07.2022

ATV-nın 106.3 FM radio proqramı Xocavənd, Cəbrayıl və Füzulidə yayımlanır

15 iyul 2022-ci il tarixdə Qarabağın Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən Şahyeri RadioTeleviziya Yayım Stansiyasından ATV-nın Radio 106.3 FM radio proqramı efirdə yayımlanmağa başlayıb.
 
Qaynarinfo xəbər verir ki, İtaliya istehsalı olan radiovericinin efirə şüalanma gücü 2000Vt bərabərdir. Bu da imkan verir ki 106.3 FM radio proqramı Xocavənd, Füzuli, Cəbrayıl və hətta Beyləqan rayonlarının ərazilərini əhatə etsin.

Qeyd etmək lazımdır ki, keçən ilin fevral ayında Şuşa şəhərində istifadəyə verilən radioverici də 2000 VT gücündə idi. Digər rayonlarda istismar olunan vericilərimizin çıxış gücü 1000 Vt təşkil edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->