Xəbər lenti

Avropada ən çox və ən az işləyən ölkələr açıqlandı - Düz 45 il
Dünya 20:40 18.07.2025

Avropada ən çox və ən az işləyən ölkələr açıqlandı - Düz 45 il

Avropa İttifaqı (Aİ) ölkələrində bir şəxsin orta hesabla 37,2 il işlədiyi bildirilib. 

Qaynarinfo xəbər verir ki, Aİ ölkələri arasında ən uzun əmək fəaliyyəti müddətinə malik ölkə Niderland, ən az işləyən ölkə isə Rumıniya olub.

Eurostat-ın 2024-cü il üçün yayımladığı statistikaya görə, Aİ-də 15 yaş və üzəri şəxslərin gözlənilən orta əmək fəaliyyəti müddəti son 10 ildə 2,4 il artaraq 37,2 ilə çatıb.

Bu göstərici Aİ ölkələri arasında ciddi fərqlərlə müşahidə olunur.

Ən çox işləyən ölkələr:

1. Niderland: 43,8 il
2. İsveç: 43 il
3. Danimarka: 42,5 il
4. Estoniya: 41,4 il
5. İrlandiya: 40,4 il
6. Almaniya: 40 il
7. Finlandiya: 39,8 il

Ən az işləyən ölkələr:

1. Rumıniya: 32,7 il
2. İtaliya: 32,8 il
3. Xorvatiya, Yunanıstan, Bolqarıstan: 34,8 il
4. Belçika: 35 il

Gender fərqləri də diqqət çəkir:

Kişilər üzrə orta göstərici Aİ miqyasında 39,2 il təşkil edir.
 
Ən yüksək göstəricilər:

1. Niderland: 45,7 il
2. Danimarka: 44,2 il
3. İsveç: 40 il

Ən aşağı göstəricilər:

1. Rumıniya: 35,9 il
2. Xorvatiya və Bolqarıstan: 36 il

Qadınlar üzrə orta göstərici isə 35 ildir.
 
Ən yüksək göstəricilər:

1. Estoniya: 42,2 il
2. İsveç: 42 il
3. Niderland: 41,8 il

Ən aşağı göstəricilər:

1. İtaliya: 28,2 il
2. Rumıniya: 29,2 il
3. Yunanıstan: 31,1 il

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->