Xəbər lenti

Dünya 19:53 17.02.2024

Avropada inflyasiyanın yeni növü yaranıb

Avropa İttifaqı Ukraynadakı münaqişə fonunda yaranmış yeni inflyasiya növü ilə üzləşib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Parlamentinin (AP) Xorvatiyadan olan üzvü Bilyana Borzan bildirib.

Yeni inflyasiya növünə "skimpflyasiya" adı verilib.  Bu tip inflyasiya ilə istehsalçılar nəinki qiymətləri artırır, həm də malların keyfiyyətini aşağı salırlar.

Borzanın sözlərinə görə, Ukraynada müharibə başlayandan bəri bir çox qida məhsullarında bir sıra inqrediyentlər daha aşağı keyfiyyətli olanlarla əvəzlənib. Məsələn, günəbaxan yağı palma yağı ilə əvəz edilməyə başlanıb. Diplomat qeyd edib ki, bu tədbirlər müvəqqəti hesab edilsə də, bu günə qədər davam edir.

"Bəzi istehsalçıların qablaşdırmanın tərkibindəki dəyişiklik barədə istehlakçılara məlumat verməməsi və qida dəyərinin artıq orijinal məlumatlara uyğun gəlməməsi xüsusilə narahatedicidir", deyə Borzan bildirib.

Son məlumatlara görə, Avropa İttifaqı illik inflyasiya 3,1% təşkil edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->