Xəbər lenti

İdman 14:44 05.02.2023

Avropanın 7 böyük klubu “Barselona”nın futbolçusunu istəyir

"Barselona"nın gənc ulduzu Ansu Fatiyə Avropanın 7 klubu elçi düşüb.

Qaynarinfo bu barədə "Mundo Deportivo”ya istinadən xəbər verir.

İddiaya görə, 20 yaşlı forvard uğrunda mübarizədə "Bavariya" favoritdir. Bildirilir ki, Münhen klubu Fatini razı salaraq, yayda heyətinə qatmaq istəyir.

Məlumata görə, Fatini "Bavariya"dan başqa, "Tottenhem" və "Arsenal" da daxil olmaqla, Avropanın 7 böyük klubu istəyir. Amma baş məşqçi Xavi Ernandes onu komandada qalmağa razı salmaq niyyətindədir.

Qeyd edək ki, Ansu Fatinin "Barselona” ilə müqaviləsi 2027-ci ilə qədərdir. O, cari mövsümdə oynadığı 30 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" gənc hücumçuya 50 milyon avro qiymət qoyub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->