Xəbər lenti

Rahil Məmmədov millinin heyətindən çıxarıldı
İdman 10:51 13.10.2025

Rahil Məmmədov millinin heyətindən çıxarıldı

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Bildirilib ki, millimizin futbolçusu Rahil Məmmədov Ukrayna yığması ilə keçiriləcək oyunöncəsi son məşqdə zədələndiyi üçün heyətdən çıxarılıb.

Qeyd edək ki, yığmamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün Krakovda Ukrayna seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->