Azərbaycan Yazıçılar Birliyi (AYB) sıralarından xaric edilən 30 nəfərin siyahısının ictimaiyyətə açıqlanmamasına aydınlıq gətirib.
Qurumun mətbuat katibi Xəyal Rza Qaynarinfo-ya açıqlamasında bu qərarın rəhbərlik tərəfindən verildiyini bildirib:
"Rəhbərlik belə məsləhət bildi, dedi ki, qurumdan çıxarılan üzvlərin siyahısını yaymayın. Məsləhət olmadı, siyahıda tanınmış yazıçı və şairlər yoxdur".
Qeyd edək ki, bu gün AYB sıralarından 30-a yaxın üzv xaric edilib. Buna səbəb uzun illərdir üzvü olduğu qurumun üzvlük haqqını verməmələridir.
Bahar Rüstəmli
Şərhlər