Xəbər lenti

AYB üzvlükdən çıxarılanların adını niyə açıqlamadı?
Ölkə 17:40 03.02.2026

AYB üzvlükdən çıxarılanların adını niyə açıqlamadı?

Azərbaycan Yazıçılar Birliyi (AYB) sıralarından xaric edilən 30 nəfərin siyahısının ictimaiyyətə açıqlanmamasına aydınlıq gətirib.

Qurumun mətbuat katibi Xəyal Rza Qaynarinfo-ya açıqlamasında bu qərarın rəhbərlik tərəfindən verildiyini bildirib:

"Rəhbərlik belə məsləhət bildi, dedi ki, qurumdan çıxarılan üzvlərin siyahısını yaymayın. Məsləhət olmadı, siyahıda tanınmış yazıçı və şairlər yoxdur".

Qeyd edək ki, bu gün AYB sıralarından 30-a yaxın üzv xaric edilib. Buna səbəb uzun illərdir üzvü olduğu qurumun üzvlük haqqını verməmələridir.

Bahar Rüstəmli
--> -->