Xocalı rayonunda fəaliyyət göstərən "Azadoğlu Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu yarım milyon manatı ötüb.
Qaynarinfo-nun məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 565.024,04 AZN manat vergi borcu yaranıb.
Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Cabbarov Fuad Azad oğludur. MMC-bib hüquqi ünvanı isə Qaradağ rayonu, Lökbatan Ştq, 28 may Küçəsi (Lökbatan), ev/döngə 2, ev 3, M.7-də yerləşir. Şirkət 13.11.2023-cü ildə sözügedən ünvanda təsis edilib.
Xatırladaq ki, ötən ilin avqust ayında Xocalı rayon prokurorluğu tərəfindən "Azadoğlu Group" MMC vətəndaşların əmək hüquqlarını pozduğu üçün məsuliyyətə cəlb edilmişdi. Məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat və Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarı ilə MMC-nin vəzifəli şəxsi Fuad Cabbarov 4 min manat məbləğində inzibati cərimə olunub.
Aydın
Şərhlər