İstirahətə yollanan müğənni Aysel Əlizadənin başına iş gəlib.
Sənətçi təyyarənin gecikdiyini, hava limanında işıqların söndüyünü bildirib.
Video yayan Aysel "Mənə uçuşdan əvvəl paylaşım etmək düşmür. Elə bir ölkə yoxdur ki, nəsə olmasın. Təyyarəmiz düşürdü, təzədən göyə qalxdı, qayıtdı başqa yerdə saxladı. Sonra gəldik bu hava limanına. Çatdıq ki, gördük, hava limanında sistem çöküb, işıqlar sönüb. Təyyarənin içində 1 saat gözləmişik ki, getdiyimiz yerdə yağış dayansın və eniş edə bilək. Kimin nəfsi varsa, bizdən uzaq etsin. Təyyarəmiz də gecikdi" sözlərini deyib.//Axşam.az
Şərhlər