Xəbər lenti

AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirdi (FOTO)
Foto 21:12 15.06.2025

AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirdi (FOTO)

Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu gün, 15 iyun tarixində Bakıdan Türkiyənin Adana və Mersin şəhərlərinə yaxın ərazidə yerləşən yeni Çukurova Beynəlxalq Hava Limanına ilk birbaşa reysini uğurla həyata keçirib.

Bu barədə Qaynarinfo-ya AZAL-dan məlumat verilib.

Yeni marşrut üzrə uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetirilir. Bu reyslər yalnız Adana və Mersin deyil, həm də yaxınlıqdakı digər bölgələrə səyahət edən sərnişinlər üçün əlavə rahatlıq yaradacaq.

Uçuşdan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında sərnişinlər üçün təntənəli tədbir təşkil olunub. Təyyarə Çukurova Beynəlxalq Hava Limanında da səmimi şəkildə qarşılanıb, sərnişinlərə şirniyyatlar təqdim edilib.

AZAL-ın bu yeni marşrutu iki qardaş ölkə arasında hava nəqliyyatı əlaqələrinin daha da güclənməsinə mühüm töhfə verir.

Aviabiletləri AZAL-ın rəsmi www.azal.az saytı, mobil tətbiqi, aviaşirkətin kassaları və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->