Xəbər lenti

Yola günəbaxan tumları yığdı, məsuliyyətə cəlb edildi (FOTO)
Ölkə 16:35 24.08.2025

Yola günəbaxan tumları yığdı, məsuliyyətə cəlb edildi (FOTO)

Tərtər rayonu ərazisində avtomobil yoluna günəbaxan tumlarının yığılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

DİN Mətbuat Xidmətinin regional qrupundan Qaynarinfo-ya bildirilib ki, Bayandurlu kəndi ərazisindən keçən avtomobil yoluna günabaxan tumları səpərək hərəkəti məhdudlaşdıran şəxsin rayon sakini, 1975-ci il təvəllüdlü Ayaz Məmmədov olması müəyyən edilib.

Görülmüş tədbirlərlə A.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.

"Bir daha vətəndaşlara müraciət edərək bildirir ki, yolların təmiz saxlanılması, hərəkətin təhlükəsizliyinin təmin olunması ümumi məsuliyyətdir. Yolun hərəkət hissəsinə müxtəlif əşyaların, o cümlədən məişət və kənd təsərrüfatı məhsullarının yığılması qəza təhlükəsi yaradır və qanunla qadağandır”.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->