Xəbər lenti

Azarkeşlərin hücum etdiyi məşqçi qovuldu
İdman 10:35 25.01.2024

Azarkeşlərin hücum etdiyi məşqçi qovuldu

Afrika Millətlər Kuboku ilə erkən vidalaşan Qana Milli Futbol Komandasının baş məşqçisi Kris Huqton istefaya göndərilib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Qana Futbol Assosiasiyasından (GFA) açıqlama verilib. Huqtonun millinin baş məşqçisi vəzifəsindən azad edildiyi bildirilib. Baş məşqçi ilə yanaşı bütün texniki heyətin müqavilələrinə xitam verildiyi də bldirilib. 

Qana Fil Dişi Sahilində davam edən Afrika Millətlər Kubokunun qrup mərhələsində oynadığı üç oyunun heç birində qalib gələ bilməyib. Komanda bu matçlarda iki heç-heçə və bir məğlubiyyətlə turnirdə mübarizəni dayandırıb.

Bir neçə gün öncə, Qana millisinin azarkeşləri məğlubiyyətə görə Huqtona kəskin etirazlarını bildirmiş, hətta ona hücum etməkdən çəkinməmişdilər.  

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->