Xəbər lenti

Azərbaycan çempionatında hakimi təhqir edən futbolçu cəzalandırıldı
İdman 18:25 26.03.2026

Azərbaycan çempionatında hakimi təhqir edən futbolçu cəzalandırıldı

AFFA İntizam Komitəsi hakimi təhqir edən futbolçunu cəzalandırıb.

Qaynarinfo-nun xəbərinə görə, bu barədə komitənin bugünkü iclasında qərar verilib.

Azərbaycan II Liqasında keçirilən "Kür-Araz" - "Qaradağ Lökbatan" oyununun 77-ci dəqiqəsində "Kür-Araz" komandasının 9 nömrəli futbolçusu Elxan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, "Kür-Araz" komandası 1000 manat cərimə edilib.

Eyni zamanda, "Kür-Araz" - "Qaradağ Lökbatan" oyununda "Kür-Araz" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Kür-Araz" komandası 70 manat cərimə edilib.
--> -->