Xəbər lenti

Azərbaycan gələn il nə qədər borc alacaq və nə qədər qaytaracaq? - MƏBLƏĞ
Ekonomiks 11:19 16.09.2025

Azərbaycan gələn il nə qədər borc alacaq və nə qədər qaytaracaq? - MƏBLƏĞ

Azərbaycan hökuməti 2025-ci ilin yekununda dövlət borcunun 25 milyard 404,1 milyon manat, 2026-cı ilin yekununda isə 27 milyard 51,7 milyon manat təşkil edəcəyini proqnozlaşdırır. 

Qaynarinfo bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, bu il xalis birbaşa dövlət borclanması 1 milyard 976,1 milyon manat azaldılacaq, gələn il isə 1 milyard 647,6 milyon manat artırılacaq. 2025-ci ildə dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin 2 milyard 399,6 milyon manat, 2026-cı ildə isə 2 milyard 457,6 milyon manat olacağı gözlənilir. 

Azərbaycan 2026-ci ildə dövlət büdcəsinin 3 milyard 125,6 milyon manat proqnozlaşdırılan kəsirini əsasən borclanma hesabına maliyyələşdirəcək. Məlumata görə, borclanma 2 milyard 600,6 milyon manat nəzərdə tutulur ki, bu da kəsirin 83,2 %-ni təşkil edəcək. Bundan başqa, kəsirin 2026-cı ilin əvvəlinə ehtimal edilən vahid xəzinə hesabının qalığı hesabına 400 milyon manat, özəlləşdirmədən daxilolmalar hesabına isə 125 milyon manat olmaqla maliyyələşdirilməsi planlaşdırılır. Gələn il bu maliyyələşdirmədə məqsədli büdcə fondlarının vəsaitinin qalığı nəzərdə tutulmayıb. 

2026-cı ildə Azərbaycanda dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin 2 milyard 457,6 milyon manat olması nəzərdə tutulur. Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,4 % çoxdur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->