Xəbər lenti

Əsabil Qasımovun qalmaqallı qohumuna
Ekonomiks 17:47 10.03.2026

Əsabil Qasımovun qalmaqallı qohumuna "stop" qoyuldu

Sabiq deputat, tanınmış iş adamı Əsabil Qasımovun qalmaqallı qohumu ilə bağlı məhkəmə qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edilərək, "Qarabağ İnşaat Qrupu" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş olunub. 

Məlum olub ki, nizamnamə kapitalı 50 manat, qanuni təmsilçisi Əmiraslanov Qərib Məhərrəm oğlu olan MMC-nin 18624.14 manat vergi borcu yaranıb. Qərib Əmiraslanov məhkəmədə borcundan 3510 manat ödəniş etdiyini və tam ödənilməsi üçün ona 10 gün vaxt verilməsini xahiş edib. 

Məhkəmənin hökmü ilə iş adamının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. 

Qeyd edək ki, Qərib Əmiraslanov "Karat" MTK-nın sahibi Əsabil Qasımovun qardaşının qaynıdır. 2015-ci ildə Qərib Əmiraslanov əslən Ağdam rayonundan olan Yusif Əfsəriyə qumarda külli miqdarda pul uduzması və ona yaranan 205000 manat borcun əvəzində "Karat" MTK-dan mənzil vermək barədə razılığa gəldiyi barədə istintaq sənədlərində göstərilib. Qərib Əmiraslanova həmin vaxt 8 il müddətinə şərti cəza verilmişdi. 

Aydın
--> -->