Xəbər lenti

Azərbaycan klubu
İdman 15:25 02.08.2025

Azərbaycan klubu "Ayaks"ın yetirməsini transfer etdi

Yeni mövsümdən Misli Premyer Liqasında iştirak edəcək "Karvan-Yevlax" daha bir futbolçunu heyətinə qatıb.

Bu barədə Qaynarinfo-ya bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Niderlandlı sağ cinah müdafiəçisi Shaquill Sno ilə 1 illik müqavilə imzalanıb.

29 yaşlı oyunçu son olaraq Maltanın "Gzira” klubunda forma geyinib.

"Ayaks"ın yetirməsi "Niderland"da "Telstar”, Norveçdə "Aalesund”, Bolqarıstanda "Lokomotiv Plovdiv, Rumıniyada "Botosani” və "Mioveni” klublarında da çıxış edib.

--> -->