Xəbər lenti

Ofisdən 9 min dollarlıq fotoaparat oğurlamaqda şübhəli bilinən qadın saxlanıldı
Ölkə 14:59 14.03.2026

Ofisdən 9 min dollarlıq fotoaparat oğurlamaqda şübhəli bilinən qadın saxlanıldı

Bakının Nəsimi rayonunda eyni ofisdə çalışan həmkarının 9 min dollar dəyərində fotoaparatını oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.

Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı K.Hətəmova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

--> -->