Allergiya simptomlarını görməzdən gəlmək ciddi fəsadlara səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti"yə uşaq klinik tədqiqat institutunun allergoloq-immunoloqu Alena Bondarenko məlumat verib.
Həkim bildirib ki, allergiya ilə bağlı simptomlar ortaya çıxan kimi allergoloqa müraciət etmək vacibdir. Əks halda, allergik reaksiya yalnız burun və gözləri təsir etməklə qalmır, həyat keyfiyyətinə mənfi təsir göstərir və tənəffüs sisteminə də ciddi zərər verə bilər.
Bondarenko əlavə edib ki, tozcuq və polenə qarşı allergiya bronxial astma və göz-burun orqanlarında digər fəsadlar yarada bilər. İlk simptomlarda internet məsləhətlərinə güvənmək əvəzinə, xəstəliyin səbəbini dəqiqləşdirmək üçün mütəxəssisə müraciət etmək vacibdir.
Uşaq allergoloqu Nadejda İlyintseva 11 martda bildirib ki, altı yaşına qədər uşaqlarda allergik reaksiyalar tez-tez valideynlər tərəfindən yaşa bağlı xüsusiyyətlər kimi qiymətləndirilir və nəzərə alınmır. Ürəkbulanma, dermatit və ya "diatez” kimi dəri reaksiyaları allergoloqa müraciət üçün ciddi səbəb olmalıdır.
Aydın
Şərhlər