Xəbər lenti

Azərbaycan neftinin qiyməti 80 dollara düşdü
Ekonomiks 09:44 23.06.2026

Azərbaycan neftinin qiyməti 80 dollara düşdü

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 2,52 ABŞ dolları və ya 3,04% ucuzlaşaraq 80,43 ABŞ dollarına enib.

Qaynarinfo xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,61 dollar və ya 3,23% ucuzlaşaraq 78,13 ABŞ dolları təşkil edib.

"Urlas" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,84 dollar və ya 5,19% azalaraq 51,87 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,05 dollar və ya 5,04% azalaraq 76,27 dollar/barel təşkil edib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 76,27 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıbə.
--> -->