Xəbər lenti

Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsinin həcmi açıqlandı
Video 23:30 08.12.2025

Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsinin həcmi açıqlandı

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsinin həcmi 10,6 milyard dollar təşkil edib.

Qaynarinfo bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə 984 milyon dollar və ya 10,3 faiz çoxdur.

Hesabat dövründə İtaliya ilə ticarət dövriyyəsinin Azərbaycanın ümumi ticarət dövriyyəsindəki payı 25,83 faiz təşkil edib. Beləcə, ölkə Azərbaycanın hesabat dövründə ən çox qarşılıqlı ticarət əməliyyatları həyata keçirdiyi ölkələr arasında birinci yeri tutub.
Yanvar-oktyabr aylarında Azərbaycan İtaliyaya 10,1 milyon dollar dəyərində məhsul ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard dollar və ya 11,2% çoxdur.

Hesabat dövründə İtaliyadan Azərbaycana 407,9 milyon ABŞ dolları məbləğində idxal əməliyyatları həyata keçirilib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 35 milyon ABŞ dolları və ya 7,9% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dollarını ixrac, 19,225 milyard ABŞ dollarını isə idxal təşkil edib. Son bir ildə ixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalıb, idxal isə 2,6 milyard ABŞ dolları və ya 15,6% artıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->