Xəbər lenti

Sabiq şöbə müdiri 3000 manata mütəxəssis xidməti göstərəcək
Ekonomiks 17:42 12.03.2026

Sabiq şöbə müdiri 3000 manata mütəxəssis xidməti göstərəcək

Qax Rayon İcra Hakimiyyəti fiziki şəxs Eyvazov Ariz Əlif oğlu ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilədə Qax Rayon İcra Hakimiyyətində layihələrin idarə edilməsi üzrə mütəxəssis xidmətinin göstərilməsi nəzərdə tutulur. Buna görə Ariz Eyvazova 3000 manat ödəniləcək. 

Araşdırmalarımız zamanı məlum olub ki, Ariz Eyvazov Göygöl Rayon İcra Hakimiyyətində çalışıb. O, qurumda sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri olub. 

Ariz Eyvazov ötən il Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun əmri ilə işdən çıxarılıb. 

Seyid

--> -->