Xəbər lenti

Süni intellektin mənfi təsirləri: Qanunvericilik niyə dəyişir? (ŞƏRH)
Texnologiya 18:55 12.03.2026

Süni intellektin mənfi təsirləri: Qanunvericilik niyə dəyişir? (ŞƏRH)

"Bu, şəxsi həyata birbaşa müdaxilə hesab olunur. Belə halların qarşısını almaq üçün qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranır".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına görə tətbiq olunacaq cəzaların tətbiq olunması səbəblərindən danışarkən deyib. 

Deputat bu məqsədlə Milli Məclisə təqdim olunan layihədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni 148-2 və 242.1 maddələrin əlavə olunmasının təklif edildiyini vurğulayıb:

"Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.3 maddəsinə də müvafiq dəyişikliklər edilməsi, Cinayət Məcəlləsinin 148-2.1 maddəsi üzrə də cinayət tətbiqinin həyata keçirilməsi müəyyən edilib. Eyni zamanda, informasiyalaşdırma və informasiyanın hafizəsi, media haqqında Azərbaycan Respubikasının qanunlarına da dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bununla da süni intellekt texnologiyalarından istifadə etməklə hazırlanmış materialların yayılması ilə bağlı hüquqi tələblər və məhdidiyyətlər müəyyən edilir. Qəbul olunmuş qanun layihəsi parlamentin iki komitəsinin birgə iclasında müzakirə olunub".

Arzuxan Əlizadə hesab edir ki, bunlar qanunvericiliyə olduqca vacib dəyişikliklərdir:

"Müasir dünyamızda yeni texnologiyaların müxtəlif sahələr üzrə inkişafa müsbət təsiri ilə yanaşı, eyni zamanda həmin texnologiyalardan istifadə etmək və zərərli tendensiyaların da mövcud olması faktları var".
 


Deputatın sözlərinə görə, rəqəmsal texnologiyalar sürətlə inkişaf edir və süni intellekt müxtəlif sahələrdə geniş tətbiq olunur:

"Bu müxtəlif sahələr üzrə yeni innovasiya imkanlarının yaranması deməkdir. Eyni zamanda tətbiq olunan texnologiyaların yaratdığı imkanlardan danışılır və zərərli məqsədlər üçün də istifadə halları artmaqdadır. Bu bir çox hallarda ayrı-ayrı şəxslərin görünüşü və səsindən istifadə etməklə reallığı əks etdirməyən foto-videolar, audio-materialların hazırlanması və onların internet məkanlarında yayılması ilə müşahidə olunan halları gündəmə gətirilir. Bu da şəxs toxunulmazlıq hüququn pozulması və eyni zamanda şəxsin şərəf və ləyaqətinin müdafiəsi iə bağlı problemlər yaradır".

Qeyd edək ki, Cinayət və Cinayət-Prosessual Məcəllələrinə dəyişikliklər edilir. Dəyişikliklərdə süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına görə cərimə və cəzalar müəyyənləşir.

Bahar Rüstəmli
--> -->