Xəbər lenti

Ekonomiks 13:55 14.02.2026

"Azərbaycanda at ətinin satışı qadağan deyil" - Ekspert

"Azərbaycanda at ətinin satışı qadağan deyil".

Bu sözləri Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli deyib. 

O bildirib ki, bir müddət əvvəl Azərbaycanın at əti istehsal edib xarici ölkələrə ixrac edəcəyi ilə bağlı müəyyən öhdəlik götürdüyü barədə məlumatlar yayılmışdı: 

"İndi dəqiq yadımda deyil, amma orada bəzi ölkələrin adları çəkilirdi. Kənd Təsərrüfatı Nazirliyindən belə bir təşəbbüs olmuşdu ki, guya at əti, yaxud da diri at ixrac edəcəyik. Bu, boş söhbətdir. Kənd Təsərrüfatı Nazirliyinə elə adamları gətirirlər ki, onlar nə danışdıqlarının belə fərqində olmurlar".
 


Ekspert vurğulayıb ki, Azərbaycanda atçılıq sahəsi geniş şəkildə inkişaf etməyib və bu istiqamətdə ciddi istehsal potensialı yoxdur: 

"Deyək ki, Ağdamda bir təsərrüfat var. Orada da əsasən xüsusi cins atların bəslənməsi ilə məşğul olurlar. Bu atlar kəsim və ya ət istehsalı üçün nəzərdə tutulmayıb".

Vahid Məhərrəmli əlavə edib ki, əhalinin saxladığı atlar da əsasən konkret məqsədlər üçün istifadə olunur: 

"Yəni xüsusilə at saxlayıb, onu kökəldərək ixrac etmək və ya at ətini bazara çıxarmaq, yaxud emal müəssisələrində istifadə etmək kimi bir məqsəd yoxdur".

Bahar Rüstəmli

--> -->