Xəbər lenti

Ölkə 13:23 23.02.2024

Azərbaycanda məktəbdə meyit tapıldı

Siyəzən rayonunda 59 yaşlı kişinin meyiti tapılıb.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Siyəzən Peşə Məktəbində baş verib.

Belə ki, məktəbin mühafizəçisi, 1965-ci il təvəllüdlü Qafarov Alim Mütəllim oğlunun meyiti iş yerində aşkarlanıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->