Xəbər lenti

Nisə Qasımova buna görə xəstəliyini gizlətmək istəyib
Maqazin 09:44 17.10.2025

Nisə Qasımova buna görə xəstəliyini gizlətmək istəyib

Xalq artisti Nisə Qasımova "Xəzər axşamı" verilişində qonaq olub.

Qaynarinfo xəbər verir ki, iki il əvvəl insult keçirən sənətçi xəstəliyini insanların bilməsini istəmədiyini etiraf edib:

"Bütün media işçilərinə ilk növbədə təşəkkürümü bildirirəm. Onlardan xahiş etmişdim ki, xəstəliyimdən heç nə yazmasınlar. Loqopedimin yanına da gedəndə deyirdim ki, tək olum, heç kim məni görməsin. Bu, mənim mənəvi dayanıqlığım idi ki, xəstəliyimi heç kim bilməsin. Çox müğənni yanıma gəlmək istəyirdi, amma "yox" deyirdim, mən istəmirdim. Çünki elə insanlar var ki, onların məndən də ağır dərdləri var. Məndən də ağır xəstələr var ki, yataqdadırlar. Durub zarımaq mənlik deyil. Qoy insanlar məni həmişəki görsünlər".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->