Xəbər lenti

Azərbaycanda stadiondan elektrik naqilləri oğurlandı
Ölkə 14:32 13.12.2025

Azərbaycanda stadiondan elektrik naqilləri oğurlandı

Şəmkir Olimpiya Kompleksinin stadionunda oğurluq hadisəsi baş verib.

Qaynarinfo sportinfo.az-a istinadən xəbər verir ki, arenadan elektrik naqilləri oğurlandığı bildirilib.

İddialara görə, gecə saatlarında yaşanan hadisə "Şəmkir"in ev oyunlarını keçirdiyi məkanın işıqlandırma sistemini yararsız hala salıb. Çünki stadionda quraşdırılmış proyektorların kabelləri də oradan daşınıb.

Qeyd edilib ki, hadisə zaman futbolçular kompleksin ərazisindəki katejlərdə olsalar da, heç kim onların üzünü görməyib. Hadisədən bir qədər öncə ərazinin işıqları söndüyündən oyunçular qaldıqları yerdən çıxmayıblar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->