Xəbər lenti

Azərbaycanda üç kəndin adı milliləşdirilir - QƏRAR
Ölkə 11:08 11.03.2026

Azərbaycanda üç kəndin adı milliləşdirilir - QƏRAR

Milli Məclis yanında Toponimiya Komissiyasının bu gün keçirilən iclasında Quba rayonu ərazisində üç kəndin adının dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunub.

Qaynarinfo xəbər verir ki, iclasda Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka, həmçinin Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka və Timiryazev yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi müzakirə olunub.

Müzakirələrin yekunu olaraq Vladimirovkanın Elbir, Alekseyevkanın Çinarlı, Timiryazevin isə Bəhrəli adlandırılmasına qərar verilib.

Məsələ Milli Məclisin plenar iclasına təklif olunub.

Qafqaz Rafiqoğlu

--> -->