Xəbər lenti

Azərbaycandan göndərilən humanitar yardım Ukraynada təhvil verildi  (VİDEO)
Video 23:00 23.02.2026

Azərbaycandan göndərilən humanitar yardım Ukraynada təhvil verildi (VİDEO)

Azərbaycandan Ukraynaya göndərilən növbəti humanitar yardım partiyası aidiyyatı üzrə təhvil verilib.

Avadanlıqların təhvil verilməsində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko, energetika nazirinin müavinləri Nikolay Kolesnik və Valentina Moskalenko, səhiyyə nazirinin müavini İqor Kolaç iştirak ediblər.

Göndərilən avadanlıqların ümumi dəyəri 1 milyon dollar təşkil edir. Bura 12 alçaq gərginlikli panel, 11 generator, 5 transformator, 27 min metrə yaxın kabel və naqillər daxildir. Ümumilikdə Azərbaycanın Ukraynaya göndərdiyi humanitar, bərpa və yenidənqurma yönümlü dəstəyin həcmi 45 milyon dolları ötüb.

Ukrayna səhiyyə nazirinin müavini İqor Kolaç "Xəzər Xəbər"ə müsahibəsində bildirib ki, çatdırılan enerji avadanlıqları fasiləsiz tibbi yardımın təmin edilməsinə imkan yaradacaq.

Ukrayna Energetika nazirinin müavini Nikolay Kolesnik isə deyib ki, artıq döyüş əməliyyatlarının aktiv fazasının dördüncü ilində məhz sosial obyektlərə və ya əsas xidmətlərin, enerji və kommunal xidmətlərin sistemli təchizatından asılı olan enerji infrastrukturu obyektlərinə zərbələr intensivləşdirilir.

Humanitar yardımın təhvil alınmasında iştirak edən Ukrayna rəsmiləri Azərbaycan prezidentinə, xalqına göstərdiyi köməyə və dəstəyə görə təşəkkür ediblər.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:
 

 

 


--> -->