Xəbər lenti

İdman 13:30 01.06.2022

Azərbaycanı şahmat olimpiadasında təmsil edəcək şahmatçılar müəyyənləşdi

Azərbaycan Şahmat Federasiyası 44-cü Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan milli komandalarının heyətini açıqlayıb.
 
Qaynarinfo qurumun mətbuat xidmətinə istinadən məlumat verir ki, kişi şahmatçılardan ibarət milli komandanın heyətinə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Vasif Durarbəyli cəlb olunub. Nicat Abasov kapitan , Eltac Səfərli isə məşqçi kimi Hindistana yollanacaq.

Qadın şahmatçılardan ibarət yığmaya Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva dəvət olunub. Nicat Məmmədov kapitan, Fikrət Sideifzadə ilə Cahangir Ağarəhimov isə məşqçi kimi milli komandaya kömək edəcək.
 
44-cü Ümumdünya Şahmat Olimpiadası Hindistanın Çennai şəhərində keçiriləcək. İyulun 28-də start götürəcək olimpiada avqustun 10-da yekunlaşacaq.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->