XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Həyat yoldaşının gözünü "göyərtdi" - Məhkum edildi
Ölkə12:30 28.09.2026

Həyat yoldaşının gözünü "göyərtdi" - Məhkum edildi

Ailə-məişət zəminində yaranan mübahisə zamanı həyat yoldaşına xəsarət yetirən şəxs məhkum edilib.

Qaynarinfo-nun məlumatına görə, məhkəmədə araşdırılan cinayət işi üzrə müəyyən edilib ki, hadisə 2026-cı ildə saat 21:30 radələrində təqsirləndirilən şəxsin yaşadığı evdə baş verib.

Həmin şəxs evə içkili vəziyyətdə gəlib. Televizora baxarkən həyat yoldaşı ilə söhbəti zamanı mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs həyat yoldaşının üzərinə gedib. Onların qızı valideynlərini ayırmaq üçün araya keçib. Bu zaman qadın özünü qızının qarşısına atıb və kişi onun sol gözünə yumruqla bir zərbə vurub.

Zərbə nəticəsində zərərçəkmiş şəxsin sol gözünün üst və alt göz qapaqlarında qançırlar, sol gözaltı-almacıq nahiyəsində qançır-şişkinlik (hematoma) və gözün ağlı qişasında qan sızması yaranıb.

Ekspertiza nəticəsində xəsarətlərin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətlər olduğu müəyyən edilib.

Məhkəmədə təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib. O, həyat yoldaşı ilə 21 ildir evli olduğunu, iki övladlarının olduğunu bildirib. Hadisədən əvvəl ailədə ciddi münaqişənin olmadığını deyən şəxs əməlindən peşman olduğunu və həyat yoldaşının hazırda ondan heç bir şikayət və tələbinin olmadığını qeyd edib.

Zərərçəkmiş şəxs də məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsdən şikayətinin, tələbinin və mülki iddiasının olmadığını bildirib.

İş üzrə şahid qismində dindirilmiş ailə üzvünün ifadəsi də məhkəmədə elan edilərək tədqiq olunub. Şahid ifadəsində hadisə zamanı atasının anasının üzərinə gəldiyini, araya keçmək istəyərkən atasının anasının sol gözünə yumruq vurduğunu bildirib.

Məhkəmə təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə tövsif edib.

Məhkəmənin hökmü ilə o, qazancının 20 faizinin dövlət nəfinə tutulması şərtilə 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Seyid