XVI əsrdə yaşamış məşhur görücü Nostradamusun apokaliptik xəbərdarlıqları dünyanın sonunu proqnozlaşdırırdı. Nepalda yaxın zamanda baş verən və minlərlə insanın həyatına son qoymasından ehtiyat edilən dağıdıcı sunami isə onun gerçəkləşdiyi iddia edilən sonuncu qorxunc peyğəmbərliyi kimi təqdim olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Radar Online" yazıb.
Psixologiya və ya sağlamlıqla bağlı məsələlərdə elmi əsaslı mütəxəssislərə müraciət etmək tövsiyə olunur.
Avqustun sonunda Nepal və Çin sərhədi yaxınlığında yerləşən əraziyə dağıdıcı qəfil daşqınlar gəlib. Şəhərlər, yollar və körpülər dağılıb. Alimlər hadisənin səbəbinin buzlaqın çökməsi ola biləcəyini ehtimal edirlər.
Nostradamus ölümcül daşqınları proqnozlaşdırmışdı?
Hadisə nəticəsində bir neçə yüz nəfərin öldüyü təsdiqlənib. Təxminən 5 min nəfərin, o cümlədən yeraltında bloklandığı ehtimal edilən 900-dən çox su elektrik stansiyası əməkdaşının itkin düşdüyü bildirilir. Onların çoxunun öldüyü güman edilir.
Müasir faciənin keçmişlə heç bir əlaqəsi olmadığı görünsə də, Nostradamusun 1555-ci ildə nəşr olunan məşhur “Peyğəmbərliklər” əsərində buna bənzər hadisəni əvvəlcədən xəbər verdiyi iddia olunur. Fransız alim belə yazıb: “Quru torpaq daha da quruyacaq. Və insanlar bunu gördükdə böyük daşqınlar olacaq".
Su öz dağıdıcı gücünü Arizonada da nümayiş etdirib. Son vaxtlar baş verən qəfil daşqınlar Böyük Kanyondan keçərək təxliyələrə səbəb olub. Hadisə nəticəsində ən azı iki nəfərin öldüyü, 15 nəfərin isə itkin düşdüyü bildirilib.
Bundan başqa, Nostradamus “böyük müharibə” və “şər üzündən ölən insanlar” haqqında yazıb, həmçinin “qırmızı düşmənin qorxudan rəngi qaçacaq və böyük okeanın titrəməsinə səbəb olacaq” xəbərdarlığını edib.
Peyğəmbərliklər qlobal münaqişə ilə bağlı narahatlıqları artırır
Bəzi insanlar bu sətirləri Rusiyanın Ukrayna ilə müharibəsinin bütün Avropaya yayılacağı, Çin və Şimali Koreyanın isə Tayvanı ələ keçirəcəyi barədə xəbərdarlıq kimi şərh ediblər.
Nostradamus həmçinin “çox böyük aclıq”dan bəhs edib. İndi isə bəzi ekspertlər Yaxın Şərqdə getdikcə genişlənən münaqişənin İran və ABŞ arasında həyati əhəmiyyət daşıyan Hörmüz boğazı ətrafındakı qarşıdurma səbəbindən qlobal ərzaq böhranına gətirib çıxara biləcəyindən ehtiyat edirlər.
Digər məşum parçalarından birində belə deyilir: “Mars ulduzlar arasında öz yolu ilə hökm sürdükdə, insan qanı müqəddəs məkanı isladacaq".
Mars Roma mifologiyasında müharibə tanrısı olduğundan, bəziləri bu ifadəni də dərinləşən qlobal münaqişənin başqa bir əlaməti kimi qiymətləndirirlər.
Peyğəmbərliklər iqtisadi sarsıntılara da işarə edir
Nostradamusun iqtisadi sarsıntılar barədə də xəbərdarlıq etdiyi iddia olunur. O, “külə dönən böyük sərvət”dən və “qızılın dəyərini itirməsi”ndən bəhs edib.
Bəzi şəxslər bu məşum ifadələri kapitalizmin sonuna dair peyğəmbərlik kimi şərh edir. Onların fikrincə, bu proses, nə qədər şokedici görünsə də, ABŞ-ın sosialist cəmiyyətinə çevrilməsinə gətirib çıxara bilər.
Nostradamusun əsərlərini uzun müddət araşdıran avropalı tarixçi Elinor Berqkvist filosofun gerçəkləşdiyi iddia edilən peyğəmbərliklərini dünyanın sonunun yaxınlaşmasının sübutu kimi şərh edir.
"Nostradamusun baxışı həm zaman, həm də məkan baxımından genişmiqyaslı idi. Apokalipsisin nə vaxt baş verəcəyini dəqiq söyləmək mümkün deyil. Lakin onun sözləri gələcəyin təhlükə altında olduğuna işarə edir", deyə o bildirib.
Aydın
Şərhlər