Siyasət 18:18 24.03.2023

"Azərbaycanla danışıqlarda həll yolunu tapmışıq" - Ararat Mirzoyan

"Ermənistan və Azərbaycan sülh müqaviləsi danışıqlarında bir sıra məsələlərdə ideal olmasa da, məqbul həll yolunu tapıblar".

Qaynarinfo "Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan partlamnetin Xarici Əlaqələr Komitəsinin sessiyasında hökumət proqramının icrasının gedişi və nəticələrinə dair hesabatın təqdimatı zamanı deputat Aqnesa Xamoyanın sualına cavabında deyib.

"Bir çox məsələlərdə qeyri-ideal, lakin qarşılıqlı məqbul ifadələr tapmaq. İndiyədək Azərbaycandan 4, Ermənistandan isə 3 sənəd daxil olub. 
Müzakirələr, fikir mübadiləsi aparılıb, bəzi kompromis mətnlər formalaşdırılıb. Təəssüf ki, bu, birinci əhəmiyyət kəsb edən əsas olmayan məsələlərə aiddir. Bütün birinci vacib məsələlər hələ də müzakirə olunur. Və onların əksəriyyətində, mən çəkinmədən deməyəcəm, tərəflərin mövqeləri hələ də bir-birindən kifayət qədər uzaqdır”, deyə Mirzoyan bildirib.

Xarici işlər naziri onu da bildirib ki, bu danışıqlar prosesində vasitəçilik yoxdur, danışıqlar ikitərəfli hesab olunur: "Başqa məsələ odur ki, istənilən şəhərdə, hansısa üçüncü ölkənin təşkilatlanması ilə belə müzakirələr, görüşlər olub".

Qərb və ya Rusiyanın sülh müqaviləsi təklifinin müzakirə olunamasına cavab verən Mirzoyan bunları deyib: "Azərbaycanla sülh müqaviləsində Qərb və ya Rusiya variantından söhbət getmir. Ermənistan və Azərbaycan birbaşa olaraq məsələləri müzakirə edirlər”.

Aydın