Xəbər lenti

Ölkə 12:51 30.05.2022

Azərbaycanlı aktyor Ankarada xəstəxanaya yerləşdirildi, əməliyyata hazırlanır

Həyatı təhlükədə olan, qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayev Türkiyənin paytaxtı Ankaradakı Hacətəpə Xəstəxanasına yerləşdirilib.

Bu barədə Qaynarinfo-ya aktyorun həyat yoldaşı Elvina Atakişiyeva məlumat verib. O, artıq Elvin Ağayevin müalicəsinə başlanıldığını bildirib:

"Bir həftəyə kimi əməliyyat tarixi bəlli olacaq”.
 
Qeyd edək ki, aktyor Elvin Ağayev qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkir.  
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->