Xəbər lenti

Azərbaycanlı gəmi kapitanı Türkiyədə vəfat etdi (FOTO)
Ölkə 14:58 08.01.2026

Azərbaycanlı gəmi kapitanı Türkiyədə vəfat etdi (FOTO)

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin Xəzər Dəniz Neft Donanması idarəsində gəmi kapitanı vəzifəsində çalışan Zaur Mustafayev vəfat edib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, onun Türkiyədə vəfat etdiyi bildirilir.

Zaur Mustafayevin ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Z. Mustafayev 1976-cı ildə Biləsuvar rayonu Ağalıkənd kəndində doğulub. O, uzun illər Xəzər Dəniz Neft Donanma idarəsinin bir çox gəmilərində işləyib.


--> -->