Azərbaycanlı gənc ABŞ-da gənc itkin düşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə gəncin yaxınları sosial şəbəkələrdə məlumat yayıb.
Bayramzadə Ömər Yaşar oğlu təxminən 3 həftə əvvəl Kolumbus şəhərində yaşadığı evdən çıxıb və həmin vaxtdan etibarən ailəsi onunla əlaqə saxlaya bilmir. Bildirilib ki, hadisə ilə bağlı artıq polisə məlumat verilib və axtarış tədbirləri davam etdirilir.
Gənci görən və ya onun harada olması ilə bağlı hər hansı məlumatı olan şəxslərdən aşağıdakı nömrə ilə əlaqə saxlamaları xahiş olunur: 614 972 2860
Şərhlər