Xəbər lenti

Azərbaycanlı qadına Rusiyada 5 il həbs cəzası verildi - Casusluq ittihamı
Dünya 11:45 28.08.2025

Azərbaycanlı qadına Rusiyada 5 il həbs cəzası verildi - Casusluq ittihamı

Rusiyada Azərbaycan əsilli qadın məhkəmə hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com xəbər verir ki, FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, 1970-ci il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı olan həmin qadın Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıqda təqsirli bilinib.

Rəsmi açıqlamaya əsasən, qadının fəaliyyəti dövlət təhlükəsizliyinə zidd qiymətləndirilib və o, koloniyaya göndərilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->