Xəbər lenti

Ekonomiks 12:06 07.01.2023

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

Növbəti həftə (9-11.01.2023 və 13.01.2023 tarixləri) daha 4 rayonda vətəndaşlarla "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon” aksiyaları keçiriləcək. 

Qaynarinfo xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Hacıqabul rayonunda (İsmət Qayıbov küçəsi 15), 2-ci günü  saat 12:00-dan 13:00-dək Saatlı rayonunda (Gənclər Mərkəzinin qarşısı), 3-cü günü saat 11:00-dan 12:00-dək #Sabirabad rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə #Neftçala rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı). 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->