Xəbər lenti

Ekonomiks 17:09 11.09.2023

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Kürdəmirdə keçiriləcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi sahibkarlarla növbəti görüşü Kürdəmir rayonunda keçiriləcək.

Qaynarinfo-nun "Azəriqaz”a istinadən verdiyi məlumata görə, İstehsalat Birliyinin İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) nümayəndəsinin iştirakı ilə "Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Kürdəmirdə görüşü təşkil olunacaq.

Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. "Səyyar qəbul otağı” sentyabrın 13-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.




Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?