Xəbər lenti

Bakı Baş Səhiyyə Mərkəzi 185 min manatlıq siqnalizasiya sistemi alır
Ekonomiks 17:07 16.01.2026

Bakı Baş Səhiyyə Mərkəzi 185 min manatlıq siqnalizasiya sistemi alır

Bakı Baş Səhiyyə Mərkəzi "Microtech” MMC ilə satınalma müqaviləsi imzalayacaq. 

Qaynarinfo xəbər verir ki, müqavilədə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində yanğın siqnalizasiya sisteminin quraşdırılması xidmətlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 185 961,04 manatdır. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Microtech” MMC 16 mart 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 30 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152-də yerləşən şirkətin qanuni təmsilçisi Həbibzadə Elçin Eldar oğludur. 

Şirkətin rəsmi internet səhifəsində yerləşdirilən məlumatdan ayrın olur ki, "Microtech” MMC müxtəlif sahələr üçün proqram təminatlarının işlənib hazırlanması və müxtəlif proseslərin avtomatlaşdırılması üçün yazılımların tətbiqini həyata keçirir.

Elçin Həbibzadə haqqında isə məlumatlar məhduddur. Onun adına yalnız "LinkedIn” biznes platformasında rast gəlinir. Həmin platformada şəxsi profili olan Elçin Həbibzadə haqqında məlumatlarda yalnız onun "Microtech” MMC-nin rəhbəri olduğu qeyd edilib.

Seyid
--> -->