"Bakı Yem Fabriki" MMC maliyyə sıxıntıları yaşayır.
Qaynarinfo xəbər verir ki, şirkətin külli miqdarda vergi borcunun yaranması bu qənaəti yaradır.
MMC-nin vergi borcu hazırda nə az, nə çox - 420 335,98 manat təşkil edir.
Borcun ödənilməsi yubanır. Görünür, elə bu səbəbdəndir ki, şirkət vergi sistemində riskli vergi ödəyicisi kimi qeydiyyatdadır.
"Bakı Yem Fabriki" MMC 27 sentyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. MMC-nun qanuni təmsilçisi Mahmudov Hikmət Nazim oğludur.
Seyid
Şərhlər