Ölkə 19:28 19.01.2023

Bakıda "BMW”ni qaçıran şəxs məhkəmədə sərbəst buraxıldı

Bakıda "VE Tuninq" servisdə təmir üçün saxlanılan "BMW-750” markalı avtomobili qaçıraraq qəza törədən şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Yengicə kəndində anadan olan İbrahim Bakıda işlədiyi avtoyuma məntəqəsinin yaxınlığında yerləşən servisə gələrək, avtomobilin açarını servisin əməkdaşlarını aldadadaraq alıb. O, guya servisdə usta işləyən, həmin avtomobilin təmiri ilə məşğul olan Cavid adlı şəxsdən icazə aldığını bildirib, "BMW-750” markalı 90 OF 600 dövlət dövlət qeydiyyat nişanlı maşını qaçırıb.

O, həmin avtomobili idarəetmə hüququ və icazəsi olmadan Bakı şəhəri, Nərimanov rayonu. Həsən Əliyev küçəsi ilə Aşıq Molla Cuma küçəsinin kəsişməsində hərəkətdə olarkən İlkinin (şərti) idarə etdiyi "Ford Explorer" markalı 10-Z0-733 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Nəticədə "BMW-750"nin sahibinə 5.620 manat ziyan vurmaqla, yol nəqliyyat hadisəsi törədib.

Hadisə 8 oktyabr 2021 -ci il tarixdə, saat 16.00 radələrində baş versə də, zərəri ödənilmədiyindən "BMW-750” markalı avtomobilin sahibi 5 yanvar 2023-cü il tarixdə məhkəməyə müraciət edib. O, təqsirləndirilən şəxsdən maddi zərərə görə 5620 manat, mənəvi zərər görə 10.000 manat, dövlət rüsumu olaraq 137 manat, cəmi 15.757 manatın onun xeyrinə tutuımasına dair qərar çıxarılmasını istəyib. 

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı, 1 ay 12 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 2 ay 24 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılıb, üzərində qəti olaraq 1 il, 9 ay 6 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb və o, məhkəmə zalından sərbəs buraxılıb.

Əhməd