Xəbər lenti

Foto 09:59 05.02.2024

Bakıda iki BMW və iki "Toyota" toqqşuşdu (FOTOLAR)

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Badamdar qəsəbəsində qeydə alnıb.

BMW markalı maşının sürücüsü hərəkətdə ikən qarşı tərəfdən gələn digər eyni markalı maşına çırpılıb. Zərbənin gücündən BMW yoldan çıxaraq kənarda dayanan 2 "Toyota" markalı maşına dəyib. Daha sonra BMW beton plitəyə çırpılaraq dayanıb. Qəza zamanı bir neçə avtomobilə dəyən BMW-nin sürücüsü xəsarət alıb.

Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Avtotexniki ekspertiza təyin edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->