Ölkə 09:14 30.01.2023

Bakıda "Prius" idarəetməni itirərək betona, sonra işıq dirəyinə çırpıldı (FOTO)

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Qaynarinfo apa-ya istinadən xəbər verir ki, Şamaxinka kimi tanınan ərazidə "Toyota” markalı avtomobilin sürücüsü Ramin Məmmədov qəfil sükana nəzarəti itirib.

Nəticədə "Toyota” körpünün beton yolayrıcına, daha sonra işıq dirəyinə dəyərək aşıb.

Qəza nəticəsində yol təsərrüfatına ziyan dəyib.

Əraziyə polislər cəlb edilib.

Sürücü R.Məmmədov izahat verib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.