Xəbər lenti

Bakıda tapança ilə gəzən şəxs həbs edilib:
Ölkə 19:40 18.11.2025

Bakıda tapança ilə gəzən şəxs həbs edilib: "Bu mənim hobbimdir..."

Bakıda "tapança gəzdirmək mənim hobbimdir” deyən şəxs həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş B.V. barəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə açılmış cinayət işinə məhkəmədə baxılıb. 

Məlum olub ki, B.V. Rusiyanın Tula silah zavodunda 1944-cü ildə istehsal olunmuş tapança, bir ədəd darağı və onun içərisində olan iki ədəd patronu üzərində gəzdirib. O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Məhkəmədə ifadə verən B.V. özünü təqsirli bilərək deyib ki, silahlara marağı var, buna görə də silahların bəzi növlərini tanıyır və bundan böyük zövq alır. Maraq göstərdiyi silahlardan biri də tapançadır. 4 iyun 2025-ci il tarixdə Müşfiqabad qəsəbəsində zibil qutusunun yanından keçən zaman orada bir ədəd tapançanın olduğunu görüb. Silahlara marağı olduğu üçün həmin tapançanı, darağını və patronları götürərək üzərində saxlayıb. Lakin tapançadan istifadə etməyib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->