Xəbər lenti

Bu küçələrdə yeni parklanma yerləri istifadəyə verilir
Ölkə 13:39 27.01.2026

Bu küçələrdə yeni parklanma yerləri istifadəyə verilir

Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin edilməsi və şəhər mobilliyinin dayanıqlığına nail olunması məqsədilə Abbasqulu ağa Bakıxanov dairəsinin ətrafı, Maqsud Əlizadə, Seyid Yəhya Bakuvi və Arif Heydərov küçələrində ödənişli parklanma məntəqələri yaradılaraq sürücülərin istifadəsinə verilib.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, parklanma yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün müvafiq şərait yaradılır.

Məlumata görə, yaxın günlərdə Süleyman Sani Axundov, Səməd Vurğun, Əsəd Əhmədov, Akim Abbasov, Nəsirəddin Tusi və General Əliağa Şıxlinski küçələrində parklanma yerləri istifadəyə veriləcək. Nişanlanma xətlərinin çəkildiyi küçələrdə müvafiq yol nişanları quraşdırılacaq və yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin ixtiyarında olacaq.
--> -->