Xəbər lenti

Ekonomiks 11:04 22.04.2026

"Bank Avrasiya" biznes kreditlərini 8 milyon manata yaxın itirib

"Bank Avrasiya"nın cəmi aktivləri 2026-cı ilin I rübünün sonuna 213 milyon 947,63 min manat təşkil edib.

Valyuta.az xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17 milyon 547,21 min manat və ya 8,9% çoxdur.

Ötən ilin I rübündə bankın cəmi aktivləri 196 milyon 400,42 min manat olub.

Bankın cəmi öhdəlikləri isə bu ilin I rübündə 124 milyon 912,76 min manata yüksəlib.

Bu, illik müqayisədə 15 milyon 7,22 min manat və ya 13,7% artım deməkdir. 2025-ci ilin I rübündə bankın cəmi öhdəlikləri 109 milyon 905,54 min manat təşkil edib.

Hesabat dövründə bankın biznes kreditləri azalıb.

Belə ki, 2026-cı ilin I rübündə biznes kreditlərinin həcmi 51 milyon 235,58 min manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 960,95 min manat və ya 13,5% azdır.

2025-ci ilin I rübündə bankın biznes kreditləri 59 milyon 196,53 min manat səviyyəsində olub.

Bankın cəmi depozitləri isə əhəmiyyətli artım nümayiş etdirib.

Bu ilin I rübündə depozit portfeli 72 milyon 753,84 min manata çatıb. Bu, illik müqayisədə 15 milyon 373,72 min manat və ya 26,8% çoxdur.

2025-ci ilin eyni dövründə bankın cəmi depozitləri 57 milyon 380,12 min manat olub.

--> -->