2025-ci ildə Kapital Bank-a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kapital Bank" ASC-nin sədri Fərid Hüseynov "Kapital Bank-ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planları"na dair keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, ötən il bankın tarixində ilk sindikatlaşdırılmış kredit sazişi imzalanıb. Körfəz regionunun aparıcı bankı olan "Mashreq Bank”la əməkdaşlıq çərçivəsində Kapital Bank-a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub.
Bank həmçinin, ötən il Özbəkistanın ən böyük IT ekosistemi ilə tərəfdaş olub. "Uzum” ekosisteminə daxil olan "MAKESENSE” şirkətinə 22 milyon ABŞ dolları həcmində sindikativ kredit ayırılıb. Bu əməkdaşlıqla Kapital Bank-ın tarixində ilk dəfə olaraq beynəlxalq maliyyə bazarında fəaliyyət göstərən hüquqi şəxsə sindikat krediti ayrılıb.
Şərhlər