Xəbər lenti

Ekonomiks 14:45 13.11.2023

Banklar SMS məlumatlandırmanı bahalaşdırır  - Bu xidmət niyə pulludur? (ŞƏRH)

"Mərkəzi Bank bankların qiymət siyasətinə qarışa bilməz. Banklar özəl kommersiya təşkilatlarıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov bir sıra sistem əhəmiyyətli bankların gələn aydan SMS xəbərdarlıq tarifini 40 qəpikdən bir manata kimi qaldırması haqda yayılan məlumatı şərh edərkən deyib. 

O bildirib ki, "Banklar Haqqında Qanuna” görə, tarifləri, faiz dərəcələrini banklar müştərilərlə bağladıqları müqavilələrdə özləri tənzimləyirlər:

"Mərkəzi Bank onlara bu barədə göstəriş verə bilməz. Mərkəzi Bankın işi bankların qanunauyğun fəaliyyəti üzərində nəzarəti həyata keçirməkdən ibarətdir. Əgər dövlət bu məsələyə qarışmaq istəyirsə, bunu Mərkəzi Bank deyil, parlament etməlidir, özü də qanuna dəyişiklik yolu ilə. Parlament qanunda göstərə bilər ki, filan  əməliyyatın dəyəri bu qədərdir və s. "Bu nə dərəcədə doğrudur” məsələsi isə açıq qalır. Bazar iqtisadiyyatı şəraitində belə etmirlər”.
 


Əkrəm Həsənov qeyd edib ki, ən azı formal da olsa bu gün Azərbaycanda bank bazarında rəqabət var: 

"Düzdür, rəqabət get-gedə azalsa da var. Hər halda bu gün ölkədə 23 bank fəaliyyət göstərir. Bu baxımdan, bank sektoru inhisardadır və buna görə qiymətləri tənzimləmək lazımdır”. 

Qeyd edək ki, Mərkəzi Bank bankomatlar vasitəsi ilə plastik kartlardan vəsaitlərin nağdlaşdırılması zamanı haqların aşağı salındığını bildirib. Bu xüsusən digər bankların bankomatlarından nağdlaşdırma zamanı xərcləri azaldacaq. Lakin bir sıra banklar gələn aydan SMS xəbərdarlıq tarifini 2.5 dəfə artırmaqla bağlı qərarı veriblər. Əvəllər 40 qəpiyə olan bu xidmət gələn aydan 1 manat olacaq. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->