Almaniya Xarici İşlər Nazirliyi rus agentlərinin Bavariyada saxlanmasına Rusiya səfirini çağıraraq rəsmi cavab verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bild” məlumat
yayıb.
Saxlanılmanı şərh edən Alman hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, iki şübhəlidən biri çərşənbə günü Federal Məhkəmənin hakiminin qarşısına çıxıb və onun həbsə alınmasına qərar verib, ikincisi isə cümə axşamı məhkəməyə gətiriləcək.
Almaniyanın daxili işlər naziri Nensi Feser bildirib ki, saxlanılanların məqsədi "bizim Ukraynaya hərbi yardımımıza zərbə vurmaq” olub.
"Biz Ukraynaya genişmiqyaslı dəstək verməyə davam edəcəyik və özümüzü qorxutmağa imkan verməyəcəyik”, - o vurğulayıb.
Qeyd edək ki, həbs xəbərini ilk olaraq "Spiegel” jurnalı yayıb. Saxlanılan şəxslər Rusiya kəşfiyyat xidmətinin göstərişi ilə Almaniyada təxribat əməliyyatları planlaşdırıblar. Nəşrin öyrəndiyinə görə, polis şübhəliləri Bayroytda saxlayıb.
Nizami Bağırov
Şərhlər